Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan parlamentində terror törədən şəxs qəfil öldü

Ermənistan parlamentində terror törədən şəxs qəfil öldü

Tarix: 28 Avqust 2024 12:50

Ermənistan parlamentində 1999-cu ildə törədilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Aşot Knyazyan "Nubaraşen" həbsxanasında ölüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun vəziyyəti anidən kəskin pisləşib və həkimlər onu xilas edə bilməyiblər.

A.Knyazyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktının təşkilində ittiham olunaraq cəza çəkirdi.

Qeyd edək ki, sözügedən terror aktı zamanı parlament sədri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və daha altı dövlət xadimi öldürülmüşdü.


Etiketlər:  Ermənistan parlamentində terror törədən şəxs qəfil öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ