Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur serialın əşyaları satışa çıxarılır - FOTO

Məşhur serialın əşyaları satışa çıxarılır - FOTO

Tarix: 28 Avqust 2024 14:12

ABŞ-ın məşhur "Friends" serialında istifadə olunan geyim və əşyalar hərracda satılacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu addım serialın 30 illiyi münasibətilə atılır.

Müxtəlif nostalji əşyalar 23 sentyabrda Los-Ancelesdə satışa çıxarılacaq. Həmin əşyalar arasında ikonik narıncı "Central Perk" divanının bir surəti, ssenarilər, serialın ulduzları Courteney Cox və Jennifer Anistonun geyimləri, "Central Park" loqosu, Lisa Kudrounun süni xəz cins pencəyi, David Schvimmerin mebelləri və keçən il ölən aktyor Metyu Perrinin imzalı köynəklərindən biri var.

Hərrac serialın istehsal şirkəti olan "Warner Bros." ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Milli.Az


Etiketlər:  Məşhur serialın əşyaları satışa çıxarılır FOTO


RƏYLƏR