Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2024 14:24
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd, vitse-prezident Kamala Harris ABŞ vətəndaşlarının dəstəyinə görə rəqibi respublikaçı Donald Trampı qabaqlayır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal"ın sorğusunun məlumatında deyilib.
Onun nəticələrinə görə, sorğuda iştirak edən ABŞ sakinlərinin 48%-i Harrisə, 47%-i isə Trampa səs verməyə hazırdır.
"Reuters" və "Ipsos"un sorğusu da Harris üçün az fərqlə üstünlük göstərib - 45% səs 41%-ə qarşı. Amma agentliyin əvvəlki sorğusunda vitse-prezidentin Tramp üzərində üstünlüyü beş faiz idi - müvafiq olaraq 50% və 45%.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi 2024-cü il noyabrın 5-də keçiriləcək.