Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2024 20:44
Dünən Brüsseldə keçirilən görüşdə Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbə endirməsinə icazə verilməsi müzakirə edilərkən Macarıstanın xarici işlər naziri Peter Siyarto və AB-nin baş diplomatı Jozep Borrell arasında dava olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" məlumat yayıb.
"Borrell AB nazirlərini buna icazə verməyə çağırıb. Onu Fransa, İsveç, Latviya, Niderland və Polşa dəstəkləyib. Macarıstan və Slovakiya buna qarşı çıxıb.
Həmçinin bu qapalı iclasda Macarıstan Rusiya və Belarus vətəndaşlarını aylarla Şengen zonasında qalmağa imkan verən proqrama daxil etdiyi üçün Litva və Almaniya tərəfindən tənqid edilib", - məlumatda deyilir.