Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinin bu hədiyyəsi Qərbi təəccübləndirdi

Putinin bu hədiyyəsi Qərbi təəccübləndirdi

Tarix: 31 Avqust 2024 16:16

Rusiya Prezidenti Vladimir Putin Şimali koreyalı həmkarı Kim Çen Ina KXDR prezidentinin sevimli cinsindən olan - Oryol trotteridən 24 at hədiyyə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Nəşrin məlumatına görə, Putinin bu hədiyyəsi Qərbi olduqca təəccübləndirib.

Bildirilir ki, bu, ilk dəfə deyil, Rusiya lideri Kim Çen Ina at hədiyyə edir.

Belə ki, o, 2022-ci ildə də Pxenyana 30 at göndərib.

Bu dəfə hədiyyəyə 19 ayğır və beş madyan daxil olub, onlar Primorsk diyarı ilə dar quru sərhədindən keçirilərək aparılıb.

Milli.Az


Etiketlər:  Putinin bu hədiyyəsi Qərbi təəccübləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ