Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavini: Prezident İlham Əliyevin iqtisadi siyasəti yaxşı nəticələr verir

Nazir müavini: Prezident İlham Əliyevin iqtisadi siyasəti yaxşı nəticələr verir

Tarix: 29 Noyabr 2019 20:54

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması və regionların inkişafı, xüsusən də qeyri-neft sektorunda sahibkarlığın inkişafı ilə bağlı siyasəti çox yaxşı nəticələr verir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbirdə deyib.

N.Səfərov bildirib: "Bildiyiniz kimi Prezident İlham Əliyev Azərbaycanda sahibkarlığı dəstəkləyir və bunun üçün genişmiqyaslı institusional tədbirlər həyata keçirilir, bunlardan biri ölkənin işgüzar dairələrində menecerlərin bacarıqlarını artırmaq üçün "Almaniya-Azərbaycan birgə Proqramı"dır.

Nazir müavininin sözlərinə görə, bu tədbirlər nəticəsində hazırda Azərbaycanda sahibkarlığa, o cümlədən də kiçik və orta sahibkarlığa dəstək mexanizmləri həyata keçirilir, iqtisadiyyatın qeyri-neft sektorunun rəqabət və dayanıqlılığı artırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir müavini Prezident İlham Əliyevin iqtisadi siyasəti yaxşı nəticələr verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ