Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dominikan Respublikasında yük maşını piyadaları vurub, 11 nəfər ölüb

Dominikan Respublikasında yük maşını piyadaları vurub, 11 nəfər ölüb

Tarix: 1 Sentyabr 2024 22:28

Dominikanın Asua əyalətində avokado yüklü maşınının bardan çıxan bir qrup insanı vurması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 30-dan çox insan isə yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə yerli "Listin Diario" nəşri Asua əyalətinin səhiyyə direktoru Coel Montanyonun sözlərinə istinadən məlumat yayıb.

"Ölənlərin əksəriyyəti kişilərdir, yaralananlar arasında 17 yaşlı yeniyetmə də var", - məlumatda bildirilib.

Qeyd olunub ki, yaralıların əksəriyyəti San-Xuan əyalətindəki xəstəxanaya aparılıb.

Milli.Az


Etiketlər:  Dominikan Respublikasında yük maşını piyadaları vurub nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ