Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ: Türkiyədə hərbçimizə hücum edənlər...

ABŞ: Türkiyədə hərbçimizə hücum edənlər...

Tarix: 4 Sentyabr 2024 12:50

Amerika administrasiyası İzmirdə "USS Wasp" gəmisinin hərbçilərinə hücumundan narahatdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Şübhəsiz ki, gördüyümüz hücumdan narahatıq və onların indi təhlükəsiz olduğunu və "USS Wasp"ə qayıtdıqlarını eşitməyə şadıq.

Biz Türkiyə polisinə tədbir gördüyünə görə minnətdarıq. Bu, ciddi məsələdir və biz bu işdə əli olanların məsuliyyətə cəlb edilməsini tələb edirik", - deyə Ağ Ev sözçüsü bildirib.

Qeyd edək ki, İzmirdə bir qrup türkiyəli gənc ABŞ əsgərinin başına torba keçirib. Hadisədə iştirak edən gənclərdən 10-u həbs edilib.


Etiketlər:  ABŞ Türkiyədə hərbçimizə hücum edənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ