Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbol klubları bu yay rekord sayda transfer ediblər

Futbol klubları bu yay rekord sayda transfer ediblər

Tarix: 4 Sentyabr 2024 18:28

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının ‎(FIFA) saytında yay transfer pəncərəsinin hesabatı dərc edilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, iyun ayından sentyabrın 2-nə qədər olan tarix aralığında kişi futbolunda transferlərə ümumilikdə 6.4 milyard dollardan çox pul xərclənilib.

Qeyd olunur ki, bu, futbol tarixində transferlərə xərclənən ikinci ən böyük məbləğdir. Ötən mövsüm bu rəqəm 7.43 milyard dollar olub.

Bundan əlavə, sonuncu yay transfer pəncərəsində 11 mindən çox transfer baş tutub ki, bu da futbol tarixində yeni rekord hesab olunur.

Ən çox məbləği transferlərə İngiltərə klubları xərcləyib - 1.69 milyard dollar. Satışlarda da İngiltərə klubları liderdirlər (1.25 milyard dollar).


Etiketlər:  Futbol klubları rekord sayda transfer ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ