Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Durov Teleqramın şifrələrini Fransaya verəcək - Medvedyev

Durov Teleqramın şifrələrini Fransaya verəcək - Medvedyev

Tarix: 6 Sentyabr 2024 12:22

Bu yaxınlarda Parisdə saxlanılan Teleqramın təsisçisi Pavel Durov bunu istəməsə də, müəyyən şərtlərlə şifrələmə açarlarını Fransa kəşfiyyat xidmətlərinə verə bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

"2015 ya 2016-cı ildə mən Durovu görüşə çağırdım və ona dedim: Baxın, siz nə etdiyinizi yəqin başa düşürsünüz, bu, dövlət üçün təhlükəsiz olmaya bilər. Terrorçular bundan istifadə edə bilərlər. Buna görə də, gec-tez bu şifrələmə açarlarını sizə verməli olacaqsınız. O isə cavabında bildirdi ki, bunu heç vaxt heç kimə verməyəcək. Məncə, o, həqiqətən buna inanır", - Medvedyev bildirib.


Etiketlər:  Durov Teleqramın şifrələrini Fransaya verəcək Medvedyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ