Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Almaniyaya gedib

Zelenski Almaniyaya gedib

Tarix: 6 Sentyabr 2024 13:00

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya gedib. O, Ramşteyn aviabazasında Təmas Qrupunun iclasında iştirak edəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə o, "X" platformasındakı paylaşımında bildirib.

"Mən Təmas Qrupun iclasında iştirak edəcəyəm və ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşəcəyəm, daha sonra isə Almaniya Kansleri Olaf Şoltsla danışıqlar aparacağam", -o qeyd edib.

Vladimir Zelenski onu da bildirib ki, Almaniyadan sonra növbəti səfəri İtaliyaya olacaq. O, İtaliyada "Ambrozetti" Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.


Etiketlər:  Zelenski Almaniyaya gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ