Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...”

“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...”

Tarix: 6 Sentyabr 2024 16:55

"Yetişən, gənc nəsil demir ki, biz gəlirik. Bir də başımızı qaldırıb görürük ki, kimsə meydandadır, artıq gəlib. Əlbəttə ki, sənətə yeni gənc nəsillər gələcək. Sənət belə qalmayacaq ki. Dünya necə fırlanırsa, həyat da elə fırlanır. Bunu biz də görəcəyik, siz də görəcəksiz. Bəlkə mən yaşlıyam, o günü görmərəm. Amma bütün muğam aləmi bunların şahidi olacaq. Əlbəttə ki, gözəl oxuyanlar var, səsləri var. Əsl xanəndə olmaq üçün meydan gərəkdir. Bizim bir az meydanımız azdır. İnşallah ki, onların özləri meydan açar. Əsl sənətkarı zaman yetişdirir".

Sonxeber.net bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Alim Qasımov deyib.
 
O daha sonra ustadı, görkəmli xanəndə Hacıbaba Hüseynovu da yad edib:

"O xanəndə ki, Hacıbaba bulağından su içməyib, əsl xanəndə ola bilməz. Çünki Hacıbaba Hüseynov dahi sənətkarların hamısının bulağından su içib, gəlib olub Hacıbaba! Ona görə də Hacıbabada bütün xanəndələrin həm rolu, həm nəfəsi, həm qəzəliyyatı var. Gələcək cavanlar, dünyasını dəyişən xanəndələrin hamısı Hacıbaba bulağından su içib. İçi Alim Qasımov qarışıq. Hacıbaba Hüseynov olmasaydı Alim Qasımovun 30-40 faizi də olmazdı. Allah ona rəhmət etsin".
 
Alim Qasımov müəllimindən halallıq istədiyini də vurğulayıb:
 
"Dərslərdən birində onun səsini yazmışdım. İstəyirdim ki, öyrətdiklərini sonradan dinləyim, tam qavrayım. Hətta bir dəfə şübhələnib dedi ki, köpəkoğlu, sən birdən mənim səsimi falan yazarsan, mikrofon qoyarsan?! Başladım tir-tir əsməyə. Dedim ki, Hacıbaba müəllim, nə lazımdırsa sizdən öyrənirəm də, niyə səsinizi yazım ki? Allah məni qorudu. Sonra 70 illik yubileyində dedim ki, mənə halallıq verin, sizin səsinizi yazıb oğurlamışam. O vaxtında bilsəydi mənim ciyərimi çıxarardı".


Etiketlər:  Başladım əsməyə dedi köpəkoğlu birdən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ