Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2024 21:30
Belarus Ukrayna ilə sərhədə yaxın qoşunlarının sayını artırmayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.
"Sərhəddə Ukrayna üçün təhlükə yaradan zərbə qüvvələrinin formalaşdırılması müşahidə olunmayıb. Rusiya qoşunlarının Belarus ərazisindəki kontingentində də heç bir dəyişiklik baş verməyib. Oradakı qoşun iki min hərbçidən ibarətdir və hücum bölmələri və ya xüsusi təyinatlılar deyil", - Kovalenko deyib.