Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peres oğlunun Bakıda keçirdiyi qəzadan sonra xəstəxanaya yerləşdirilib

Peres oğlunun Bakıda keçirdiyi qəzadan sonra xəstəxanaya yerləşdirilib

Tarix: 17 Sentyabr 2024 13:52

Serxio Peresin atası oğlunun Azərbaycan Qran-Prisinin sonuncudan əvvəlki dövrəsində qəzaya uğramasından sonra xəstəxanaya yerləşdirilib.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, 65 yaşlı Antonio Peres Qaribay Mexikodakı evində hamamda huşsuz vəziyyətdə tapılıb.

Bu barədə "El Heraldo de Mexico" nəşri yazır.

O, Bakıda keçirilən "Formula-1" yarışından az sonra özünü pis hiss edib. Oğlu podiuma yaxın olduğu halda Karlos Saynsla toqquşub və yarışdan çıxıb.

Gələn təcili tibbi yardım həkimləri ata Peresdə infarktdan əvvəlki vəziyyət diaqnozu qoyub. Onu təcili xəstəxanaya yerləşdiriblər. İndi Serxionun atasının həyatı təhlükədə deyil.

"Peres Qaribay özünü yaxşı hiss edir və sağalır", - deyə Meksika nəşri yazıb.


Etiketlər:  Peres oğlunun Bakıda keçirdiyi qəzadan sonra xəstəxanaya yerləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ