Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2024 11:08
Türkiyə millisinin və "Yuventus"un futbolçusu Kenan Yıldız Çempionlar Liqasında yeni rekordlara imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, buna Liqa mərhələsinin 1-ci turunda PSV ilə matçda (3:1) nail olub. Kenan sözügedən görüşdə fərqlənib.
Kenan Yıldız Türkiyənin tarixinə düşüb. 19 yaş 136 günlüyündə olan ÇL-də fərqlənən ən gənc türkiyəli adına yiyələnib. Yıldız Cengiz Ünderi (20 yaş 222 gün) geridə qoyub.
Bununla da o, "Yuventus"un heyətində ÇL-də qol vuran ən gənc futbolçu adını qazanıb. Kenan Alessandro Del Pyeronun rekordunu qırıb. İtaliya millisinin sabiq üzvü 1995-ci ildə Almaniyanın "Borussiya"a (Dortmund) 20 yaş 308 günündə qol vurub.
Həmçinin hücumçu ÇL-də mövsümün ilk qolunu vuran ən gənc futbolçudur. Əvvəlki rekord 1992/1993 mövsümündə Belçikanın "Brügge" komandasında çıxış edən Daniel Amokaçiyə (19 yaş, 331 gün) məxsus olub.