Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp: ''Bilirsiniz, mənə niyə atəş açıblar?''

Tramp: ''Bilirsiniz, mənə niyə atəş açıblar?''

Tarix: 18 Sentyabr 2024 14:12

Keçmiş ABŞ prezidenti Donald Tramp həyatına ikinci sui-qəsd cəhdindən sonra Miçiqan ştatının Flint şəhərində ilk mitinqində çıxış edərək bildirib ki, məhz nüfuzlu prezidentlərə sui-qəsd təhlükəsi var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Mənə niyə atəş açdıqlarına təəccüblənirsiniz? Bilirsiniz, yalnız nüfuzlu prezidentlərə atəş açırlar", - deyə Tramp Dort maliyyə mərkəzində keçirilən tədbirdə bildirib.

Bu çıxış Trampın həyatına son sui-qəsd cəhdindən sonra ilk rəsmi seçki tədbiri olub. Tramp bazar günü Floridadakı qolf klubunda oynayarkən ABŞ Gizli Xidmətinin agentləri tərəfindən tək atıcı aşkar edilib. Tramp 5-ci və 6-cı çalalar arasında keçərkən 58 yaşlı Rayan Uesli Raut agentlər tərəfindən aşkar edilib. Agentlər Rautun tüfəngini və kolluqlardan çıxan nişangahını gördükdən sonra ona atəş açıblar.

Hadisə zamanı atıcıdan təxminən 200-400 metr məsafədə olan Tramp xəsarət almayıb. Bu sui-qəsd cəhdi son aylarda ikinci olub - təxminən iki ay əvvəl keçmiş prezident Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinq zamanı güllə ilə qulağından yaralanıb.

Miçiqandakı tədbirdə həyatına edilən sui-qəsd cəhdləri barədə düşünən Tramp deyib ki, prezident olmaq və bu vəzifəyə namizədliyini irəli sürmək təhlükəli işdir.

Milli.Az


Etiketlər:  Tramp Bilirsiniz mənə niyə atəş açıblar


RƏYLƏR