Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2024 20:30
Qlobal iqtisadi böhran öz təsirini artırdıqca nəhəng aviaşirkətlər iflasa uğrayır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Kanadada yerləşən aşağı büdcəli hava yolu şirkəti "Canada Jetlines" iflas etdiyini elan edib.
Şirkət sentyabrın 11-də iflas üçün müraciət edərək kritik dövrün xəbərdarlığını edib. Şirkətin ümumilikdə 11,8 milyon Kanada dolları borcu var və 225 müxtəlif kreditoru ödəməlidir.
Uçuş sifariş edən sərnişinlər pullarının geri qaytarılıb-qaytarılmayacağından narahatdırlar. Şirkətə aid olan dörd "Airbus A320-200" tipli təyyarə hələ də müxtəlif yerlərdəki anqarlarda saxlanılır. Bu təyyarələri icarəyə verənlər arasında "Aviation Capital Group" və "FTAI Aviation" kimi aviasiya sənayesində seçilən böyük şirkətlər var.
İflas prosesi ilə bağlı 1 oktyabr 2024-cü il tarixində keçiriləcək telekonfransda kreditorların məlumatlandırılması planlaşdırılır. Bu görüş şirkətin iflas prosesində irəliləyişinə işıq salacaq.