Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfsanə Quti komandanın indiki heyəti və Arda Güler haqqında danışıb

Əfsanə Quti komandanın indiki heyəti və Arda Güler haqqında danışıb

Tarix: 20 Sentyabr 2024 06:54

"Real Madrid" klubunun əfsanəvi futbolçusu Quti keçmiş komandasının hazırkı heyəti və gənc ulduzu Arda Güler haqqında açıqlama verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Quti komandanın hazırkı heyətindəki oyunçuları yeni dönəmə damğa vuracaq futbolçular adlandırıb.

"Bu heyət "Qalaktikos"dan daha yaxşıdır. Çox yaxşı futbolçular var, az qala hamısı gəncdirlər. "Real Madrid"də bir dönəmə damğa vuracaqlar. Ançelotti Ardaya daha çox oynamaq şansı verir. Çox maraqlı futbolçudur. Əla final ötürmələri olan, qol vuran bir yarımmüdafiəçidir. Güler qarşıdakı bir neçə mövsümdə daha çox ön plana çıxacaq", - deyə Quti bildirib.

Qeyd edək ki, Quti 1995-ci ildən 2010-cu ilədək "Real Madrid" klubunun şərəfini qoruyub.


Etiketlər:  Əfsanə Quti komandanın indiki heyəti Arda Güler haqqında danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ