Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2024 22:50
Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın VII tur oyunundan sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis fanatları məmnun edə bilmədikləri üçün məyus olduqlarını bildirib: "Bu, mənim üçün də xoş deyil. Amma əminəm ki, yaxşı futbol və qələbə ilə tərəfdarları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq".
"Yalnız bir hədəfimiz var. Qalib gəlməyəndə, adamın çoxlu sözlər deməyə dili gəlmir, indi sakit duraq. Ümid edirəm ki, futbol haqqqında danışmaq daha asan olacaq. Onu görəcəksiniz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək", - deyə baş məşqçi vurğulayıb.