Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2024 13:22
Rusiyada şokedici hadisə baş verib. Sahədə qəflətən 10 metrə qədər dərinlikdə nəhəng bir çuxur əmələ gəlib və kombaynı sürücüsü ilə birlikdə "udub".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə İrkutsk vilayətinin Melxituy kəndində qeydə alınıb.
Təəssüf ki, kişi hadisə yerində həlak olub.
İlkin məlumatlara görə, hadisənin səbəbi yeraltı suların torpağı yuması nəticəsində yaranan karst çuxuru olub.