Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2024 00:22
İranın Şimali Xorasan əyalətində gün ərzində 3-cü zəlzələ baş verib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bu dəfə zəlzələ 5,2 bal gücündə olub.
Qeyd olunur ki, yeraltı təkanlar Bocnurd şəhəri yaxınlığında, yerli vaxtla saat 16:13-də, 8 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, bu gün səhər saatlarında İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində 4,7 və 4,1 bal gücündə iki zəlzələ baş vermişdi.