Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 05:56
Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının yeni təyin olunmuş sədri Ursula Fod der Lyayen arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, telefon danışığı Avropa Komissiyasının rəhbərinin təşəbbüsü ilə keçirilib.
Telefon danışığı zamanı Türkiyənin Avropa İttifaqına daxil olması prosesi, tərəflər arasında 18 mart 2016-cı ildə Türkiyədəki suriyalı qaçqınların dəstəklənməsi ilə bağlı əldə olunmuş razılaşma müzakirə olunub.
Tərəflər Suriyanın şimalında Türkiyənin yaratdığı təhlükəsiz bölgəyə suriyalıların könüllü şəkildə qayıtmasını da müzakirə ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin