Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2024 07:20
Özbəkistanda məhkəmə 13 yaşlı qızını mənzil almaq üçün 25 min dollara satmağa cəhd edən yerli qadını 5 il 2 ay müddətinə həbsə məhkum edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 41 yaşlı Kaşkədərya rayon sakini işlədiyi Səmərqənddə mənzil almaq üçün 3 övladından birini - 13 yaşlı qızı satmaq qərarına gəlib. Qadın 25 min dollara qızını satarkən polis tərəfindən cinayət başında yaxalanıb.
Qadın həbs edildikdən sonra hər 3 uşaq dövlət himayəsinə götürülüb.