Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 09:24
Bakı. Anastasiya Savçenko - Trend:
Azərbaycanla birgə reallaşdırılmış Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyəni Avropa İttfaqının enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkəyə çevirib.
Bunu Trend-ə türkiyəli ekspert Salihe Kaya deyib.
O qeyd edib ki, TANAP təkcə Türkiyə və Azərbaycan üçün yox, həm də Avropa üçün vacib, strateji xarakter daşıyır:
"TANAP-ın reallaşdırılması Ankara üçün vacib enerji layihələrindən biridir, çünki məhz bu layihə sayəsində Türkiyə dünya enerji bazarında vacib iştirakçılardan birinə çevrilib".
Ekspert vurğulayıb ki, adətən Türkiyədə layihələr reallaşdırılarkən ilk növbədə həmin layihənin ətraf mühitə təsiri müzakirə olunur, amma TANAP layihəsi bu cür müzakirələrlə qarşılaşmayıb:
"Avropa Rusiyadan enerji asılılığını azaltmaq niyyətindədir və bunun üçün ABŞ-dan mayeləşdirilmiş təbii qazın satın alınmasını artıracaq".
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin