Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moldovada RİA “Novosti” saytına giriş bloklandı

Moldovada RİA “Novosti” saytına giriş bloklandı

Tarix: 26 Sentyabr 2024 10:58

Moldovada RİA "Novosti" saytına giriş bloklanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bloklama qərarı Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş arzuolunmaz Rusiya KİV-nin siyahısını genişləndirmək çərçivəsində qəbul edilib.

Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi ABŞ-nin RT və "Rossiya Seqodnya" xəbər agentliyinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib.

RİA "Novosti" xəbər agentliyinin resurslarının bloklanması ilə bağlı hələlik rəsmi şərh verilməyib.


Etiketlər:  Moldovada RİA Novosti saytına giriş bloklandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ