Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2024 14:28
3 il əvvəl Rusiyada azərbaycanlı Vəkil Abdullayevi güllələyərək öldürən yol polisi Aleksandr Qusev döyülüb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, sentyabrın əvvəlində "Subaru Forester" markalı avtomobil onun qarşısını kəsib. Avtomobildən düşənlər metal boru ilə onu döydükdən sonra maşından sənədləri və polis nişanını oğurlayıblar.
Bundan əlavə, sentyabrın 24-də onun xidmət etdiyi şöbənin iki yol polisi müfəttişi saxlanılıb. Onlardan pul və mobil telefonlar götürülüb.
Qeyd edək ki, hadisə 2021-ci ildə Novosibirsk vilayətində baş verib. Aleksandr Qusev azərbaycanlıların idarə etdiyi avtomobili saxlayarkən tərəflər arasında münaqişə yaranıb. Bu zaman yol polisi azərbaycanlılardan Vəkil Abdullayevi güllələyərək öldürüb. Hadisə Rusiyada yaşayan həmyerlilərimizin hiddətinə səbəb olmuşdu. Bu hadisəyə görə Qusev işdən çıxarılsa da, sonradan vəzifəsinə bərpa olunmuşdu. Lakin məlumatlara görə, Rusiya Daxili İşlər Nazirliyi onu arzuolunmaz şəxs kimi vəzifədə saxlayıb. Digər xəbərlərə görə, Aleksandr Qusevə görə onun xidmət etdiyi şöbənin rəisi və tagım komandiri də işdən atılıb.