Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də yaşayan azərbaycanlı müğənni yenidən müsəlman oldu - FOTO

ABŞ-də yaşayan azərbaycanlı müğənni yenidən müsəlman oldu - FOTO

Tarix: 27 Sentyabr 2024 20:50

Uzun müddət Amerikada yaşayan azərbaycanlı müğənni Rauf Kinqsli (Kingsley) yenidən İslam dinini qəbul edib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesablarında paylaşım edib.

Kəbəni ziyarət edən Rauf paylaşımında yenidən müsəlman olduğu üçün Allaha şükür edib: socar vakansiya

"Tək və bir olan Allahdan başqa məbud yoxdur!

İllərdir kənardan nə qədər xoşbəxt görünsəm də, əslində, içimdə həmişə bir boşluq olub və mən onu doldurmağa çalışmışam. İnsanın sahib olduğu heç nə o boşluğu doldurmur. Dünya malı dünya malı olaraq qalır. Amma qəlbin Allah sevgisi ilə dolmağı insanı əbədi xoşbəxtliyə qovuşdurur. İnsan rahatlığını tapır. Bu dünyada sadəcə bir qonaq olduğunun fərqinə varır...

Çox şükür, Allah məni yenidən İslam dininə geri gətirdi. Bədənim sanki itmiş ruhunu yenidən tapıb.

Mən susub heçnə deməsəm belə, qəlbim, ruhum, bədənim sanki bayram edir və bu qələbəni qeyd edir.

Ən uca və ən əzəmətli varlıq Odur!"

Milli.Az


Etiketlər:  ABŞ yaşayan azərbaycanlı müğənni yenidən müsəlman oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ