Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin buraxılması məsələsi ilə bağlı Parlamentdə müzakirələr başladı

Milli Məclisin buraxılması məsələsi ilə bağlı Parlamentdə müzakirələr başladı

Tarix: 2 Dekabr 2019 12:03

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin buraxılması məsələsi ilə bağlı müzakirələrə başlanılıb.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasını (YAP) partiyanı təmsil edən deputatlar Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış edirlər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı Parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Milli Məclisdə təmsil olunan bitərəf deputatlar da iclas keçirərək parlamentin buraxılması məsələsini dəstəkləyiblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Milli Məclisin buraxılması məsələsi ilə bağlı Parlamentdə müzakirələr başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ