Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vatsapdan mesajlaşma ilə bağlı yenilik

Vatsapdan mesajlaşma ilə bağlı yenilik

Tarix: 3 Oktyabr 2024 20:36

Vatsapda həmsöhbətin mesaj yazması barədə məlumatlandırma ilə bağlı yenilik olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Wabetainfo" portalı məlumat yayıb.

Belə ki, hazırkı versiyada istifadəçilər həmsöhbətin ekranın yuxarı hissəsində, şəklinin altında mesaj yazması barədə bildiriş görürlər.

Yeniləmədə isə həmsöhbət mətn mesajı yazırsa, o zaman onun yazdığı şəxs yazışmalarında tam olaraq üç nöqtə görəcək. Əgər o, səsli mesaj atarsa, ekranda mikrofon işarəsini görəcək.

Bildirilir ki, yenilik həm "Android", həm də "iOS" sistemlərində qurğular üçün tətbiqlərdə görünəcək.

Milli.Az


Etiketlər:  Vatsapdan mesajlaşma ilə bağlı yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ