Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2024 02:05
Əməkdar artist Təyyar Bayramov verilişlərdən şikayətçidir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu "Rəngarəng" verilişində deyib. T.Bayramov aparıcıların proqramda onlardan daha az muğam oxumalarını istədiyini açıqlayıb:
"Efirə çağıranda deyirlər ki, muğamı az oxuyun. Daha əhval-ruhiyəli ifa edin".
Xalq artisti Zabit Nəbizadə onun sözünü kəsərək səsləndirdiyi fikirləri təsdiqləyib. Xanəndə hətta efirdə ümumiyyətlə muğam oxunmasını istəməyən verilişlərin olduğunu vurğulayıb:
"Hətta deyirlər verilişdə muğam olmasın. Deyirəm, onda məni niyə çağırmısınız? Efirlərdir onları işıqlandıran. Meyxana deyənlər belə başlayıb mahnı oxumağa".
T.Bayramov verilişin bir bölümünün tamamilə bayağı mahnı ifa edən müğənnilərə həsr olunmasına da əsəbiləşib:
"Efirlər 4 Xalq artistini bir verilişə yığır, bayağı oxuyana isə götürüb xüsusi buraxılış həsr edirlər. Efirlər onu brendləşdirir. Sənətkarı çağırıb, ondan danışmaq lazımdır. Baxın, hansı muğam ifaçısını tək gətirib veriliş çəkmisiniz?"