Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2024 02:02
Coker rolunu oynamaq üçün məşhur aktyor Xoakin Feniks ciddi fiziki və psixoloji transformasiyadan keçməli olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Championat" məlumat yayıb.
Baş rollarda Xoakin Feniks və Ledi Qaqanın çəkildiyi "Coker: İkinəfərlik dəlilik" filmi nümayiş olunub. Çəkilişlərə hazırlıq prosesində sənətçi tanınmaz dərəcədə dəyişib.
Feniks həmişə mükəmməl təbəssüm sahibi olub, lakin psixopat rolu üçün təbəssümünün təbii olmasına nail olmaq üçün diş həkiminə getməli olub. Hollivud stomatoloqu Con Maraşi Xoakin üçün xüsusi sarımtıl rəngli kapalar hazırlayıb.
Bundan əlavə, Cokerə çevrilmək üçün aktyor çox arıqlamalı olub. Feniks ciddi pəhriz saxlayıb, bu müddət ərzində onun qida rasionu yalnız bişmiş tərəvəzlər və təzə kahıdan ibarət olub. Aktyor etiraf edib ki, o, rejissoru bu rejimi yumşaltmağa razı salmağa çalışıb, amma sonda bütün şərtlərlə razılaşıb.