Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2024 19:52
Hazırda Atlantik okeanının mərkəzində tüğyan edən Kirk qasırğasının növbəti həftədə Almaniyaya çatması gözlənilir.
Sonxeber.net AZƏRTAC-a istinadla xəbər verir ki, ilk növbədə Azor hövzəsini cənginə alacaq qasırğa oktyabrın 10-da Almaniyanın qərb əyalətlərinə çatacaq. Meteoroloqlar gücü saatda 100 kilometrə çatacaq fırtınanın əsasən qərb əyalətlərinə təsir edəcəyini proqnozlaşdırırlar.
Qasırğanın Atlantik okeanın mərkəzindən şimala doğru hərəkət etdikcə soyuq havanın təsiri ilə tropik xüsusiyyətlərini itirərək fırtınaya çevriləcəyi gözlənilir. Nəticədə 2017-ci ildə Ofelia qasırğasının Avropada yaratdığı kimi, güclü külək, aramsız yağış və hava burulğanlarının meydana gələcəyi ehtimal edilir.
Mütəxəssislər sularda temperaturun artması ilə əlaqədar il ərzində güclü qasırğaların meydana gələcəyini və Avropanın bu cür təbii fəlakətlərə hazır olmasının vacibliyi barədə xəbərdarlıq edirlər.