Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2024 23:44
Bir vaxtlar Hitler bəşəriyyətin ümumi səyləri ilə dayandırıldığı kimi, Netanyahu və onun qətlləri də dayandırılacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada müharibənin başlamasının 1-ci ildönümü ilə bağlı X hesabında yazıb.
"İsrail artıq bir ildir ki, törətdiyi soyqırımın əvəzini gec-tez ödəyəcək. 365 gün əvvəl sağ olan, əksəriyyəti uşaq və qadın olan 50 min qardaş-bacımız vəhşicəsinə qətlə yetirildi. Qəzzada xəstəxanalar, müxtəlif dinlərin ibadət yerləri, məktəblər dağıdılıb. Artıq aramızda çoxlu jurnalist, ictimai təşkilatların nümayəndələri, sülh səfirləri yoxdur", - Ərdoğan qeyd edib.
O vurğulayıb ki, Qəzzada, Fələstində, Livanda təkcə qadınlar, uşaqlar və digər günahsız insanlar yox, həm də bəşəriyyət, bəşəriyyətə xidmət etməkdə gecikən təşkilatlar və bütövlükdə beynəlxalq sistem ölür.