Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2024 00:32
Tunisin hazırkı Prezidenti Kays Səid 90,69 faiz səs toplayaraq, növbəti prezident seçkilərində qalib gəlib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, müvafiq ilkin məlumatları Tunisin Müstəqil Ali Seçki Qurumunun sədri Faruk Buasger mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, solçu "Azimun" partiyasından Ayaşi Zammel 7,35% səslə ikinci yerdə, sosial-demokrat "Harakat al-Şaab" partiyasını təmsil edən Zuhair Maqzaoui 1,97% səslə üçüncü yerdə qərarlaşıb.