Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskinin ''qələbə planı'': növbəti səfər bu ölkəyədir

Zelenskinin ''qələbə planı'': növbəti səfər bu ölkəyədir

Tarix: 10 Oktyabr 2024 00:28

Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü Berlinə səfər edəcək, burada Almaniya kansleri Olaf Şoltsla görüşəcək.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Zelenski ABŞ Prezidenti Co Baydenə təqdim etdiyi "qələbə planı"nı Şoltsa da təqdim edəcək.

Bildirilib ki, Zelenskinin "qələbə planı"nda dörd bənd var: Ukraynaya hərbi yardım, iqtisadi addımlar, Rusiyaya diplomatik təzyiq və Moskvanın müharibəni bitirmək və danışıqlar masasına oturmaq üçün "siyasi məcburiyyəti".

Nəşr daha sonra yazır ki, "Qələbə planı" Ukrayna və müttəfiqlərinin Rusiya lideri Vladimir Putini müharibəni dayandırmağa və danışıqlar masasına oturmağa məcbur edə biləcəyi strategiyanı nəzərdə tutur. Berlindən sonra o, Roma və Parisə rəsmi səfərlər edəcək.


Etiketlər:  Zelenskinin qələbə planı növbəti səfər ölkəyədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ