Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən mühüm addım: “Orta Asiya” silindi

Türkiyədən mühüm addım: “Orta Asiya” silindi

Tarix: 10 Oktyabr 2024 22:02

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) 2024-2025-ci tədris ili üçün tarix dərsliyində köklü dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra "Orta Asiya" əvəzinə "Türküstan" ifadəsi işlədiləcək.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, türkiyəli professor Əhməd Tasagil və dosent Ramin Sadıq Təhsil Nazirliyinin bu qərarını yüksək dəyərləndiriblər.

Əhməd Tasagil rusların işğalı nəticəsində "Türküstan" əvəzinə "Orta Asiya" anlayışının istifadə olunmağa başladığını belə izah edib:

"Türklərin yurdu mənasını verən "Türküstan" sözü tarixin ən erkən dövrlərindən işlənməyə başlayıb. 19-cu əsrin ikinci yarısında başa çatan rus işğalı nəticəsində "Orta Asiya" anlayışı formalaşıb və geniş yayılıb".


Etiketlər:  Türkiyədən mühüm addım Orta Asiya silindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ