Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' “Ayfon”ları geri tələb edir

''Barselona'' “Ayfon”ları geri tələb edir

Tarix: 12 Oktyabr 2024 17:24

"Barselona" sabiq baş məşqçisi Xavinin köməkçilərindən klubun onlara verdiyi "Aypəd" və "Ayfon"ları geri qaytarmağı tələb edir.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Joan Fontes məlumat yayıb. Xavi ilə "Barselona"nın idarə heyəti arasında münasibətlər hələ də çox gərgindir.

Klub rəhbərliyi Xavinin köməkçilərindən Kataloniya təmsilçisində işlədikləri müddətdə aldıqları "Aypəd" və "Ayfon"ları geri qaytarmağı tələb edib. Bu cihazlar şəxsi istifadə üçün nəzərdə tutulub, ona görə də Xavinin komandası onları kluba qaytarmağı unudub. Çünki texniki heyət cihazları klubla qaytarmalı olduqlarını bilməyiblər. 

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından bu ilin iyun ayınadək "Barselona"ya baş məşqçilik edib.


Etiketlər:  Barselona Ayfonları geri tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ