Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hörümçək adam” sevgilisindən ayrıldı - FOTO

“Hörümçək adam” sevgilisindən ayrıldı - FOTO

Tarix: 15 Oktyabr 2024 00:55

"Hörümçək adam" filmindəki baş rolu ilə tanınan aktyor Endryu Qarfild sevgilisi Keyt Tomasla ayrılıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Keyt bu barədə "Instagram" sosial şəbəkəsindəki səhifəsində izləyicisinin sualını cavablandırarkən bildirib.

"Bir neçə ay əvvəl ayrıldıq. Amma yəqin ki, o, sevildiyini bilməkdən məmnun olacaq", - deyə o bildirib.

Cütlük sonuncu dəfə iyul ayında Uimbldon tennis turnirində birlikdə görüntülənib. Bundan sonra 41 yaşlı aktyor hər yerdə tək çıxdı və Keyt sosial şəbəkələrdə onun adını çəkməyi dayandırdı.


Etiketlər:  Hörümçək adam sevgilisindən ayrıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ