Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bir fəqərəm qırıldı,bədəndə sümük əriməsi prosesi gedir” - VİDEO

“Bir fəqərəm qırıldı,bədəndə sümük əriməsi prosesi gedir” - VİDEO

Tarix: 18 Oktyabr 2024 10:00

Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.

Sonxeber.net olay-a istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlı izlə" verilişində məlumat verib.

Aktrisa bildirib ki, bir müddət əvvəl ev işləri ilə məşğul olarkən fəqərə sütunda çatlar əmələ gəlib və bu səbəbdən də onun yeriməsində problemlər yaranıb:

"12 il bundan əvvəl ağır xəstəliklər keçirtdim. Bu ərəfələrdə kimyaterapiyalar keçirtdim. Xanımlar sözlərimi eşitsinlər - 40 yaşından sonra onlar özlərinə fikir versinlər çünki bədəndə sümük əriməsi prosesi gedir. Məndə də bu gedə bilərdi. 12 il əvvəl bir fəqərəm qırıldı. Həkimlər onu yerinə oturduqlarını dedilər. Bu xəstəliyin müalicəsi çox bahalıdır. Şikayət etmirəm, Allah oğluma can sağlığı versin, imkan daxilində müalicələr alıram. O zaman müalicə oldum. Bu yaxınlarda əllərimlə evdə döşəməni sildim. Sən demə mənə əyilmək olmaz. Bundan sonra 5 fəqərə sütunumda çatlama və qırılma əmələ gəlib. Döşəməni silməklə fəqərəmə zərbə vurdum. Həkimlər mənə əyilib iş görməməyi tövsiyyə etdilər. Beyin cərrahı mənə yardım etdi. Qan analizləri verdim. Nəticəsi yaxşı çıxdı. Yəni onkoloji heç bir şey yoxdur. Amma yeriməkdə əziyyət çəkdim. Müalicələrimi davam etdirirəm".


Etiketlər:  fəqərəm qırıldıbədəndə sümük əriməsi prosesi gedir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ