Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2024 13:50
Son zamanlar sosial şəbəkələrdə, ictimai nəqliyyatda, taksilərdə ən çox müzakirə olunan mövzu COP29-la bağlı məhdudiyyətlər idi. Çoxları düşünürdü ki, həmin vaxt koronavirus dönəmindəki kimi qapanmalar olacaq. İddialar yayılmışdı ki, küçəyə sms icazə ilə çıxacağıq, toylar keçirilməyəcək. Bu iddiaların yayılmasında mətbuatda yayılan reytinq məqsədi ilə həmin məsələyə aidiyyatı olmayan adamlardan alınan açıqlamalar da rol oynayırdı.
Bu gün bütün bu iddialara son qoyuldu. Belə ki, COP29-la bağlı keçirilən mətbuat konfransında bildirildi ki, sadalanan qadağaların hamısı dezinformasiyadır. Nə sms icazə tətbiq olunacaq, nə karantin, nə də toylara qadağa qoyulacaq.
Məhdudiyyət əsasən yol hərəkəti ilə bağlı olacaq. O da sırf təhlükəsizlik tələbləri ilə bağlıdır. Bundan əlavə, COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.