Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA

Müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA

Tarix: 18 Oktyabr 2024 23:15

Müğənnilərin el şənliklərindən əldə etdikləri qazancın, şabaşın məbləği istər sosial mediada, istərsə də cəmiyyətdə hər zaman müzakirə mövzusu olub. 

Xalq artisti Röya Ayxan toya yarım saat iştirak üçün 45 min dollara dəvət olunub.

Bu açıqlamadan sonra sosial şəbəkələrdə onların qazandığı bu qədər pula görə vergi ödəyib-ödəməmələri müzakirə olunub.

Milli.az bildirir ki, oxu.az-ın əməkdaşı 30-a yaxın sənətçinin vergi borclarını araşdırıb.

Məlum olub ki, onlardan bəzilərinin müəyyən məbləğdə vergi borcları var.

Xatirə Novruz qızı Əzizova (Xatirə İslam) - 353.92 (353 manat 92 qəpik);

Zamiq Əsgər oğlu Hüseynov - 559.04 ( 559 manat 4 qəpik);

Talıb Ələsgər oğlu Ələsgərov (Talıb Tale) - 1252.98 (1252 manat 98 qəpik).


Etiketlər:  Müğənnilərin qədər vergi borcu ARAŞDIRMA


RƏYLƏR