Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2024 11:00
Xalq artisti Flora Kərimova "Rəngarəng" verilişində müğənni Afət Fərmanqızı haqqında açıqlama verib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Flora Kərimova müğənni haqqında bu sözləri deyib:
"Afət Fərmanqızı haqqımda beş il elə sözlər dedi ki... Düşündüm ki, cavandır, ailəsi var. Oğlu evləndi və xoşbəxt olsun. Yaxşı anadır. Ancaq dilinin sahibi deyil. Söz deyir və sonra üzr istəyir. Mən onun üzrxahlığını qəbul edirəm. Amma elədiklərini bağışlamıram. Üzrünü qəbul etmək bağışlamaq deyil. O məni təhqir etdi, mən isə heç vaxt onu təhqir etməmişəm. Onun nəfəsi yalandır.
Afət Fərmanqızı Moskvada idi, Bakıya gəlmirdi. Ona başa salmışdılar ki, gizlən. Bakıya gəlsən, məcburi şəkildə məhkəməyə gətirəcəklər. Bakıya gələndə icazə aldı və dedi ki, məhkəmə prosesinə görə gəlir.
Bakıya gələndə hüquq-mühafizə orqanları tərəfindən aparılmışdı. Mülki məhkəmədə mən qazanmışam. 10 min manat dövlət rüsumu ödəməlidir".
Aparıcı Zaur Nəbioğlunun "Afət Fərmanqızı zəng edib. Bildirib ki, Azərbaycanda adına mülk yoxdur, yalnız 20 min manat dəyərində Tovuzda ata yurdu var. O mülk də Flora Kərimovaya qurbandır" sözlərinə xalq artisti əsəbiləşib:
"Bu, məni alçaltmaqdır. Yenə onu məhkəməyə verəcəm. Canını da çıxaracam. Mən sözümdən dönmərəm və ondan əl çəkən deyiləm. Tələb edirəm ki, siyahı götürsün və üzr istəsin. Yenə də bağışlamayacam. Bu, mənim namus işimdir.
Quyruğu qapı arasında qaldığına görə üzr istəyir, əvvəl də üzr istəyə bilərdi. Deyir ki, Röyanı bağışaldınız, məni niyə bağışlamırsınız?! Röya Ayxan qızım Zümrüdə yazmışdı ki, "ananıza fikir verin". Onun elə bir vəziyyətə saldım ki, məndən üzr istədi. Röyanın qabiliyyəti səndə olsaydı... Sanki o, anasının yanına gəldi, yüksək səviyyədə. Mənim xətrimə dəysə də harada görsə salam verirdi. Röya qabiliyyətli insandır. Sən Röyayla özünü eyni tərəzidə tutursan?.."
Flora Kərimova verilişdə iştirak edən xalq artisti Nazpəri Dostəliyevanın Afət Fərmanqızını bağışlamaq istəyini də qəbul etməyib.