Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon rəhbəri gözlənilmədən Kiyevə getdi

Pentaqon rəhbəri gözlənilmədən Kiyevə getdi

Tarix: 21 Oktyabr 2024 10:42

ABŞ-nin müdafiə naziri Lloyd Ostin gözlənilmədən Kiyevə səfər edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Ehtimal olunur ki, Pentaqon rəhbəri qismində sonuncu dəfə Ukraynaya gələn L.Ostin Prezident Vladimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşəcək.

Onlar Ukrayna ordusunun növbəti il üçün silah-sursat ehtiyacı və dəstəyin davam etdirilməsini müzakirə edəcəklər.

Eyni zamanda ABŞ ilə Ukrayna arasındakı münasibətlər də tərəflərin diqqət mərkəzində olacaq.


Etiketlər:  Pentaqon rəhbəri gözlənilmədən Kiyevə getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ