Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2024 16:26
İrlandiyalı döyüşçü Konor Makqreqor yenidən mərc edərək böyük məbləğ itirib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Konor Frensis Nqannu və Renan Ferreyra döyüşündən əvvəl ikincini dəstəklədiyini və onun qələbəsinə inandığını bildirib.
O, buna 500 min dollar mərc edib. İntuisiyası irlandiyalını yanıldıb və Nqanu rəqibini ilk raundda məğlub edib.
Bu, Konorun idman yarışlarına ilk mərci deyil. Əvvəllər o, Xorxe Masvidalla Neyt Diaz döyüşünə eyni məbləğdə mərc qoyub. Amma həmin vaxt Konor qazanmağı bacarıb.