Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sudan hərbi qüvvələri səhvən BƏƏ-nin yük təyyarəsini vurdu - VİDEO

Sudan hərbi qüvvələri səhvən BƏƏ-nin yük təyyarəsini vurdu - VİDEO

Tarix: 21 Oktyabr 2024 23:10

Sudanın Çevik Reaksiya Qüvvələri (ÇRQ) səhvən ölkənin qərbində BƏƏ-nin yük təyyarəsini vurub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Sudan War Monitor" məlumat yayıb.

"Bu gün təxminən saat 04:00-da Şimali Darfurdakı Malha ərazisində yük təyyarəsi vurulub", - məqalədə qeyd olunub.

ÇRQ-nin Şimali Darfurdakı komandiri Əli Rizkallanın sözlərinə görə, onlar Sudan qoşunlarını bombalamaq üçün nəzərdə tutulmuş ola biləcək "Misir AN"ını məhv etmək üçün idarə olunan raketlərdən istifadə ediblər.

Lakin qəza yerindən əldə edilmiş sübutlar göstərir ki, bu təyyarə əslində ÇRQ-nin özünü dəstəkləmək üçün BƏƏ tərəfindən təşkil edilmiş hava körpüsünün bir hissəsi idi.

Əslində, qalıqlar İl-76-ya məxsusdur və ekipaj üzvlərindən birinin üzərində onu BƏƏ-də yerləşən və Qırğızıstanla əlaqələri olan "Airline Transport Incorporation FZC" şirkətinin baş mühəndisi kimi müəyyən edən nişan olub.

Məlumata görə, demək olar ki, tamamilə yanmış hava gəmisində beş nəfərin olduğu güman edilir, sağ qalanlar barədə məlumat verilməyib.


Etiketlər:  Sudan hərbi qüvvələri səhvən BƏƏ yük təyyarəsini vurdu VİDEO


RƏYLƏR