Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2024 00:08
İranın rəsmi dövlət dairələrinə İsrailin mümkün hücumuna hazırlaşmaq barədə xəbərdarlıq edilib.
Sonxeber.net Globalinfo.az-a istinadən bildirir ki, bu barədə "Mouze" Teleqram kanalı məlumat yayıb.
Məlumatda İran Daxili İşlər Nazirliyinin gizli sənədinin yayıldığı bildirilir.
"Yayılan sənəddə hökumət və qeyri-hökumət departamentlərinə İsrailin mümkün hücumuna hazırlaşmaq barədə xəbərdarlıq edilir. Sənəddə qeyd olunur ki, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün kəşfiyyat və hərbi dairələrlə əməkdaşlığa çox böyük önəm verilsin. Eyni zamanda bütün idarələrə ayıq-sayıq və hücuma cavab verməyə hazır olmaq çağırışı edilir", - deyə məlumatda vurğulanıb.