Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2024 08:02
Vladimir Zelenskinin Qələbə planı kimi təqdim etməyə çalışdığı şey əslində yardım çağırışıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.
Onun sözlərinə görə, belə bir planın irəli sürülməsi faktı Kiyev rəhbərliyinin sülh istəyi ilə bağlı bəyanatlarını təkzib edir:
"Çünki onun mahiyyəti münaqişənin maksimum dərəcədə gərginləşməsi və NATO ölkələrinin ona cəlb olunmasına xidmət edir. Zelenski Kiyev rejiminin fiziki və siyasi sağ qalması üçün silah, pul və NATO-ya qəbul üçün yalvarır. Ukrayna bunun əvəzini öz suverenliyi, təbii və iqtisadi resursları və öz vətəndaşlarının həyatı bahasına ödəyəcək".