Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda vəziyyət necədir? - VİDEO

İranda vəziyyət necədir? - VİDEO

Tarix: 26 Oktyabr 2024 07:24

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, İranın "Mehr" agentliyi İsrailin hücumundan sonra paytaxt Tehrandan görüntülər yayımlayıb.

Görüntülərdə şəhərdə vəziyyətin sakit olduğu, nəqliyyatın hərəkətində heç bir problem yaşanmadığı əks olunub. 

İRNA agentliyinin məlumatına görə isə, Tehranın İmam Xomeyni adına Beynəlxalq Aeroportu və Mehrabad hava limanı tam ştatlı fəaliyyət göstərir.
Ətraflı

Bildirilir ki, Tehranda və onun ətrafında xilasedicilərin köməyini tələb edən hər hansı insidentlə bağlı sorğu olmayıb.

Qeyd olunub ki, paytaxtın qərbində və cənub-qərbində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə ziyan dəyməyib.

İran mətbuatı şəhərlərdə sakitliyin hökm sürdüyünü iddia edir.


Etiketlər:  İranda vəziyyət necədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ