Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİM ümumi müsahibələrin keçirilmə qrafikini müəyyən edib

DİM ümumi müsahibələrin keçirilmə qrafikini müəyyən edib

Tarix: 3 Dekabr 2019 17:52

Bakı. İlhamə İsabalayeva - Trend:

5 noyabr 2019-cu il tarixində elan edilmiş dövlət qulluğuna qəbul üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, elan üzrə 13 dövlət orqanında mövcud olan 61 vakant vəzifə üzrə 65 yer ümumi müsahibəyə çıxarılıb. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Hesablama Palatası, Hüquq va kadr məsələləri şöbəsi, Kadr məsələləri sektorunda məsləhətçi (1 vakant yer üzrə 35 namizəd) və Maliyyə Nazirliyi, Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsi, Əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyəsi sektorunda sektor müdiri (1 vakant yer üzrə 25 namizəd) vəzifələridir.

Müsahibələrin 2019-cu il 9 dekabrdan 2020-ci il 14 yanvarədək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  DİM ümumi müsahibələrin keçirilmə qrafikini müəyyən edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ