Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Harun Yahya''nın 2 milyardlıq sərvəti dövlətə təhvil verildi - FOTO

''Harun Yahya''nın 2 milyardlıq sərvəti dövlətə təhvil verildi - FOTO

Tarix: 26 Oktyabr 2024 13:28

Adnan Oktarın dodaq uçuqladan sərvəti dövlətə təhvil verilib.

Sonxeber.net xəbər verir ki, Adnan Oktarın qurduğu silahlı cinayət təşkilatının ən azı 2 milyard lirə olduğu düşünülən sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı iddia edilib.

Xatırladaq ki, Ali Apellyasiya Məhkəməsində Adnan Oktar silahlı cinayət təşkilatı işi üzrə apellyasiya şikayəti iyul ayında başa çatdırılıb. Buna görə, Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə verilən 8 min 463 il 4 ay həbs cəzası təsdiq edilmişdir.

Nərmin Mahmudova


Etiketlər:  Harun Yahyanın milyardlıq sərvəti dövlətə təhvil verildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ